Arzu ölülərin atıldığı çayda | Hindistanda başımıza nələr gəldi? - ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin ötən buraxılışında Hindistanın Dehli şəhərinə səfər edilmişdi.
Bu dəfə isə adıçəkilən ölkənin Varanasi şəhərinə səyahət olunub.
Verilişdə müəllif və aparıcı Arzu Kəlbi Varanasini Dehlidən daha çox bəyəndiyini söyləyib. Səbəb isə burada insanların az olmasıdır.
O həmçinin şəhərin qədim tarixə malik olduğunu bildirib.
Qeyd edək ki, çəkiliş qrupu Qanq çayına getmək istəyərkən dələduzluğa uğrayıb. Onlar taksi sürücüsü tərəfindən aldadılaraq səhv yerə aparılıb.
Sonda Qanq çayına getməyi bacaran aparıcı bura haqqında izləyicilərə məlumat verib.
“Deyilənə görə, varlı insanlar həyatdan köçən zaman yandırılaraq külləri bu çaya səpilir. Kasıb insanlar öləndə isə meyitləri yandırılmadan çaya atılır. İnsanlar buranın natəmiz olmasına baxmayaraq, çimir, eləcə də müxtəlif dini ayinlər həyata keçirirlər”, ‒ deyə o bildirib.
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
