Astanada bankda insanlar girov götürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın paytaxtı Astana şəhərində bank filialına silahla hücum edən şəxs 7 nəfəri girov saxlayıb.
Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bankın yaydığı məlumatda bildirilib ki, Dostık küçəsində yerləşən şöbədə yalnız bank əməkdaşları olub.
Sosial şəbəkələrdə yayılan məlumata görə, 30 yaşlı kişi bu bankın bütün vəsaitlərinin əlil uşaqlara, yoxsullara və imkansızlara yardım fonduna yönəldilməsini tələb edir. Həmin şəxsin narkoloji uçotda olması barədə də məlumatlar yayılır.
Qazaxıstan Daxili İşlər Nazirliyi Astanada bank filialında insanları girov tutan şəxsin saxlandığını və girovların azad edildiyini bildirib.
“Polis hücumundan sonra girovlar azad edilib, bütün işçilər çıxarılıb, girov götürən şəxs saxlanılıb”, – deyə məlumatda vurğulanıb.
#Qazaxıstan teqi istifadə olunub
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Sayramda tarixi abidələrlə tanışlıq | Qazaxıstana təşkil olunan mediatur davam edir - Baku TV
- Orta Asiyanın ən böyük məscidlərindən birində memarlıq və simvolik ölçülər - Baku TV
- Arxeoloji qazıntıların nəticəsi | Şımkentin tarixi nə qədər qədimə gedib çıxır? - Baku TV
