Atəşfəşanlıqla bağlı qadağa sərtləşdi | Bu şəhərlərdə fişəng atmaq istəyirsinizsə...
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadada fişəng istifadəsinə qarşı getdikcə sərtləşən qadağalar tətbiq olunur. Ölkənin müxtəlif əyalət və şəhərlərində fişəng atmaq ya tamamilə qadağandır, ya da ciddi məhdudiyyətlər altındadır.
Atəşfəşanlıq Viktoriya və Kanada Günləri istisna olmaqla digər günlərdə ödənişlidir. Bunun üçün yaşadığınız şəhərlərdən asılı olaraq müxtəlif dövlət rüsumları var. Toronto şəhərində bu məbləğ 220 Kanada dolları, təxminən 300 manat civarındadır. Axşam saat 11-dən sonra isə ümumiyyətlə, fişəng atmaq olmaz.
Bundan başqa, ictimaiyyətə açıq yerlərdə, parklarda, küçələrdə, avtoparklarda, eyvanlarda və ya sizə aid olmayan başqa bir mülkdə də fişəng atmaq qadağandır.
Kalqari, Toronto, Vankuver və digər iri şəhərlərdə fişəng atmaq üçün rəsmi icazə tələb olunur. Bir çox bölgələrdə isə fərdi şəxslərin istənilən fişəng istifadəsi qanunla yasaqlanıb. Ontario və Vaterloda isə 2026-cı ildən etibarən fişəng satışı tamamilə dayandırılacaq.
Fişənglərin səbəb olduğu meşə yanğınları, səs-küy və təhlükəsizlik riskləri bu qərarların əsas səbəbləri kimi göstərilir. Eyni zamanda Kanadada yalnız hökumət tərəfindən təsdiqlənmiş təhlükəsiz fişənglərin satışına icazə verilir.
#Kanada teqi istifadə olunub
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- ABŞ və Kanada arasında ticarət sazişi imzalanacaq? - Baku TV CANLI
- ABŞ və Kanada arasında yeni ticarət sazişinin imzalanması gözlənilir - Baku TV
- ABŞ Kanada məhsullarına qadağa qoyub, iki ölkə arasında ticarət gərginliyi artır
