Pleyeri seçin:

ABŞ və Kanada arasında yeni ticarət sazişinin imzalanması gözlənilir - Baku TV

18 oktyabr 2026 28 baxış

ABŞ Prezidenti Donald Tramp mövcud fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton və Ottavanın gec-tez ticarət sazişi imzalayacağını bəyan edib.

Amerika Prezidenti bu barədə ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ərəfəsində Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Mən kanadalıları sevirəm, amma onların siyasətçiləri dəhşətlidir. Biz hər il 90 milyard dollar itiririk. Mən isə pul itirməyi sevmirəm. Buna görə də gec-tez razılaşma əldə edəcəyik və bu, möhtəşəm olacaq”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti Kanadanın keçmiş baş naziri Castin Trüdonu da tənqid edərək onu uğursuz siyasətçi adlandırıb. Bununla yanaşı, Kanadanın hazırkı hökumətinin başçısı Mark Karnini yaxşı insan kimi xarakterizə edib. Lakin Tramp onun ticarət məsələlərində Vaşinqton üçün əlverişsiz mövqe tutduğunu vurğulayıb.

“Ancaq söhbət ticarətdən gedəndə o, o qədər də yaxşı deyil. Buna görə də onlar öyrənirlər və əziyyət çəkirlər. Onlar ticarətlərinin 95 faizini bizimlə aparırlar. Biz isə onlarla çox az ticarət edirik”, – deyə ABŞ lideri qeyd edib.

Tramp ABŞ-nin Kanada ilə ticarətdə hər il üzləşdiyini iddia etdiyi 90 milyard dollarlıq itkilərlə barışmaq niyyətində olmadığını bildirib.

O həmçinin Kanada hakimiyyətini Amerika vəsaitlərindən səmərəsiz istifadə etməkdə, o cümlədən səhiyyə sisteminin maliyyələşdirilməsinə və digər dövlət xərclərinə yönəltməkdə ittiham edib.

Banner
Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb

Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb

Dünya
18 oktyabr 2026 28 baxış
70 mindən çox sərnişin yeniliklərdən yararlanıb

70 mindən çox sərnişin yeniliklərdən yararlanıb

Dünya
18 oktyabr 2026 28 baxış
Yerin təbii peykinin radiusunda kiçilmə qeydə alınıb

Yerin təbii peykinin radiusunda kiçilmə qeydə alınıb

Dünya
18 oktyabr 2026 28 baxış
Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb - BAKU TV CANLI

Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb - BAKU TV CANLI

Dünya
18 oktyabr 2026 28 baxış
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib - Baku TV

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib - Baku TV

Dünya
18 oktyabr 2026 28 baxış
Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI

Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI

Dünya
18 oktyabr 2026 28 baxış
ABŞ Rusiyaya qarşı yeni məhdudiyyətlərin mümkün nəticələrini açıqladı - Baku TV CANLI

ABŞ Rusiyaya qarşı yeni məhdudiyyətlərin mümkün nəticələrini açıqladı - Baku TV CANLI

Dünya
18 oktyabr 2026 28 baxış
Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV

Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV

Dünya
18 oktyabr 2026 28 baxış
ABŞ liderindən benzin qiymətləri ilə bağlı sürücüləri maraqlandıran açıqlama - Baku TV CANLI

ABŞ liderindən benzin qiymətləri ilə bağlı sürücüləri maraqlandıran açıqlama - Baku TV CANLI

Dünya
18 oktyabr 2026 28 baxış
Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV

Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV

Dünya
18 oktyabr 2026 28 baxış
Seçilmişlər
icon