Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib - Baku TV
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı keçirilən kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib. O, talanlarda və dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
Fransa lideri bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Respublikamızda zorakılığa yer yoxdur. Talanlarda iştirak edən, prefekturalara və mağazalara hücum edən, o cümlədən meriya binalarında oğurluqla məşğul olan şəxslər məsuliyyətə cəlb ediləcək və cəzalandırılacaqlar”, – deyə Makron qeyd edib.
Prezident vurğulayıb ki, radikal düşüncəli aksiya iştirakçılarının hərəkətləri dinc nümayişçilərin öz tələblərini ifadə etməsinə mane olur. O həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edərək onları vətəndaşların nümayiş keçirmək hüququnun təminatçıları adlandırıb.
Fransanın daxili işlər naziri Loran Nunyes isə iğtişaşlar zamanı ölkə üzrə azı 400 nəfərin saxlanıldığını bildirib.
“Hazırda söhbət 400 saxlanılandan gedir. Lakin bu, yalnız ilkin məlumatdır”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir. Nunyes hüquq-mühafizə orqanlarının iğtişaşlarda iştirak edən, lakin hadisə yerindən qaçmağa müvəffəq olan şəxslərin kimliyini müəyyənləşdirmək və onları tapmaq istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.
#Fransa teqi istifadə olunub
- Bağlanmaq təhlükəsi ilə üzləşən Luvr muzeyinin yenidən qurulması 15 il çəkə bilər
- Fransada davam edən məktəbli etirazları fonunda minlərlə nəfər saxlanılıb
- Soyuduculara kütləvi kiberhücum | Milyonluq zərərin arxasında nə dayanır? - Baku TV
- Rəsmi Bakı Fransanın səsləndirdiyi iddialara nə cavab verdi? - Baku TV
- Fransa Prezidenti itirdiyi etimadı geri qaytara biləcək? - Baku TV CANLI
