Pleyeri seçin:

Atom bombasından dronlara | Rusiya Ordusunun inkişafı barədə 4 mühüm ssenari

12 aprel 2025 441 baxış

ABŞ-nin RAND “Corporation” analitik mərkəzi Rusiya Ordusunun inkişafı ilə bağlı dörd mümkün ssenarini hesablayıb.

Bu barədə “Defence Express” nəşri məlumat yayıb.

Qeyd olunur ki, bütün dörd ssenari orduda ya say, ya da keyfiyyət baxımından dəyişiklikləri nəzərdə tutur.

Analitiklərin fikrincə, hansı yolun seçiləcəyi birbaşa müxtəlif amillərdən, o cümlədən Ukraynadakı müharibənin “siyasi tənzimlənməsinin” uğurundan asılı olacaq.

Birinci ssenariyə görə, Rusiya Ordusu yenidən silahlanma proqramlarının inersiyalı inkişafı ilə üzləşəcək. Bu halda, 2027-ci ildə Rusiya Ordusunun sayı 1,5 milyon nəfərə çata bilər.

“İkinci ssenarini şərti olaraq “atom bombası” və “üçxətli tüfəng” adlandırmaq olar. Burada əsas diqqət zəif silahlanmış və kifayət qədər hazırlıqlı olmayan kütləvi quru qoşunlarına və sivil dünyaya psixoloji təzyiq vasitəsi kimi nüvə silahına yönəldiləcək. Bu ssenariyə əsasən, 2027-ci ilə qədər Rusiya hərbçilərinin sayı 1,5 milyondan 3 milyonadək arta bilər. Hərbi qulluqçuların hazırlanması geniş şəkildə trenajorların köməyi ilə həyata keçiriləcək, əsas zərbə vasitəsi isə dronlar olacaq”, – deyə jurnalistlər yazıb.

Üçüncü ssenari “hibrid” adlandırıla bilər. Bu halda, Rusiya rəhbərliyi taktiki və strateji aviasiyaya, uzaqmənzilli raketlərə və şəxsi heyətin orduya cəlb olunmasında maksimum hibridləşdirməyə üstünlük verəcək. Bu ssenari Rusiya qoşunlarının NATO ilə birbaşa qarşıdurma halında “konvensional” silahlarla kritik infrastruktur obyektlərinə zərbələr endirə biləcəyini ehtiva edir.

Dördüncü ssenariyə əsasən isə Rusiya Ordusu tamamilə “şəbəkə mərkəzli müharibə” konsepsiyası əsasında yenidən qurulacaq. Bu halda, Rusiya rəhbərliyi tərəfdaş ölkələrdən texnologiya idxalına gedəcək.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 441 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 441 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 441 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 441 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 441 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 441 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 441 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 441 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 441 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 441 baxış
Seçilmişlər
icon