Aviabazalar istifadəyə açıq qalır
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ABŞ-yə İrana zərbələr endirmək üçün Britaniya hərbi bazalarından istifadə etməyə icazə verib, lakin London yalnız müdafiə xarakterli fəaliyyəti mümkün sayır.
Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qərar Britaniyanın sabiq baş naziri Kir Starmerin keçirdiyi müşavirədən sonra qəbul edilib. Görüş zamanı nazirlər aviabazalardan İranın raket təhlükəsinə qarşı əməliyyatlar üçün istifadə etməyə imkan verən hazırkı siyasəti qoruyub saxlamağa razılaşıblar.
Agentliyin həmsöhbətləri iddia edir ki, E.Börnhem müşavirənin nəticələri ilə tanış olub və müvafiq qərarları təsdiqləyib. Deməli, Britaniya bazaları Birləşmiş Ştatların İrana qarşı əməliyyatının hazırkı mərhələsində cəlb oluna bilər.
Qeyd edilib ki, bu qərar Britaniya daxilində tənqidlərə səbəb ola bilər, çünki müxalifət başqa bir ölkəyə hərbi bazalardan istifadə etməyə icazə verilməsini Londonun faktiki olaraq münaqişəyə cəlb olunması hesab edir.
#Endi Börnhem teqi istifadə olunub
- Böyük Britaniyanın 10 il sonra Avropa İttifaqına qayıtması mümkündürmü?
- Qapalı görüşdə nə qərar verildi? | Böyük Britaniya Ukrayna ilə bağlı nə etdi? - Baku TV
- Endi Börnhem sosial yardım islahatlarına fokuslanıb
- Ukrayna liderinin diplomatik səfərləri ölkənin gələcəyinə necə təsir edəcək? - Baku TV
- Londonun Kiyevlə ilk təmasının arxasında hansı hərbi və siyasi hesab dayanır? - Baku TV
