Pleyeri seçin:
“Savaş ən dəhşətli mərhələyə keçib” | Rusiya nüvə silahını işə salmağa hazırlaşır? - Baku TV
Rusiya-Ukrayna müharibəsi hərbi əməliyyatların başlanmasından bəri ən dəhşətli mərhələyə qədəm qoyub.
Rusiyanın İrlandiyadakı səfirliyinin yaydığı bəyanat isə yalnız müharibə tərəflərində yox, bütün dünyada vahimə yaradıb.
Bəyanatda bildirilir ki, NATO Kalininqradı blokadaya alacağı təqdirdə Moskva nüvə silahı da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazırdır.
Bəs bu dəhşətli qarşıdurma nə vaxt başa çatacaq?
Tərəflər masa arxasında əyləşmək əvəzinə niyə qarşılıqlı zərbələri hər gün daha da intensivləşdirirlər?
Kopyalandı
#Telman Nüsrətoğlu teqi istifadə olunub
