Avropa dövlətləri Zelenskiyə çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Polşa başda olmaqla bir qrup Avropa dövlətləri gizli şəkildə Ukrayna Prezidenti Volodimir Zelenskini müharibəni dayandırmağa çağırıb”.
Bu barədə amerikalı jurnalist və “Pulitzer” mükafatı laureatı Seymur Herş bildirib. “Bu qrupa Polşa rəhbərlik edir. Gizli şəkildə V.Zelenskini münaqişəni sona çatdırmaq üçün bir yol tapmağa çağırırlar, hətta bunun üçün istefa vermək lazım olsa da”, – deyə jurnalist qeyd edib.
Onun sözlərinə görə, bu qrupa Baltikyanı və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Latviya, Litva və Estoniya daxildir.
Qeyd edək ki, bundan əvvəl də S.Herş öz mənbələrinə istinadən iddia edib ki, Ukrayna çətin vəziyyətdədir və münaqişənin müddəti yalnız V.Zelenskinin nə qədər soydaşını qurban verməyə hazır olmasından asılıdır.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
