Avropa ilə ABŞ arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqları yaranır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Şimali Atlantika Müqaviləsi Təşkilatı hazırkı formada ABŞ və onun avropalı üzvləri arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqları səbəbindən fəaliyyətini dayandıra bilər”.
“The Daily Telegraph” xəbər verir ki, bu fikri Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Ali Baş Komandanı, admiral Ceyms Stavridis bildirib.
“Çox şişirtmək, ya da həddindən artıq dramatik görünmək istəmirəm, amma ola bilsin, biz NATO-nun sonunun və Avropa müqaviləsi təşkilatının ortaya çıxmasının şahidi oluruq”, − deyə o qeyd edib.
Stavridisin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp ölkəsinin epik ölçülərdə geosiyasi səhvə çevrilmiş Kiyevə hərbi yardımı davam etdirmək istəmədiyini açıq şəkildə bildirib: “İndi Avropa üçün yaşıl işıq yanır və onlar addım atmalı və bununla davam etməli olacaqlar”.
O hesab edir ki, ABŞ-nin Ukraynaya münasibətdə davranışı, eləcə də Vaşinqtonun müdafiə xərclərini artırmaq üçün avropalı müttəfiqlərinə təzyiqi alyansın ürəyinə zərbə vurur və NATO daxilində qarşılıqlı etimad məsələsini gündəmə gətirir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
