Pleyeri seçin:

Avropa İttifaqından İrana növbəti zərbə | SEPAH "qara siyahı"ya salındı - Baku TV

30 yanvar 2026 357 baxış

Avropa İttifaqı İranın İslam İnqilabı Keşikçiləri Korpusunu rəsmi şəkildə terror təşkilatı kimi tanıyıb.

Bu barədə İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında paylaşım edib.

“Repressiyalar cavabsız qala bilməz. Avropa İttifaqı xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaqla bağlı qətiyyətli qərar qəbul edib. Öz xalqının minlərlə nümayəndəsini öldürən istənilən rejim əslində öz sonunu hazırlayır”, – deyə Kaya Kallas vurğulayıb.

Həmçinin Avropa İttifaqı ölkələri İrana ikili təyinatlı məhsulların, o cümlədən raket və pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunan komponentlərin ixracına dair məhdudiyyətləri genişləndirib. Bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilib.

Yeni sanksiya siyahısına İranın ballistik raket proqramında əsas rol oynayan “Khojir Missile Development and Production” təşkilatı və silahlı qüvvələrin maddi-texniki təminatında iştirak edən “Sahara Thunder” idxal-ixrac şirkəti də daxil edilib.

Şura həmçinin SEPAH-a mühüm komponentlər tədarük edən və ya İranın, xüsusilə ballistik raketlərin istehsalı ilə bağlı proqramlarında iştirak edən digər özəl şirkətlərə qarşı da sanksiyalar tətbiq edib.

Ümumilikdə, Aİ-nin sanksiya siyahısına indiyədək 24 fiziki şəxs və 26 hüquqi şəxs daxil edilib. Mövcud sanksiya rejiminin müddəti 27 iyul 2026-cı ilədək uzadılıb.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 357 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 357 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 357 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 357 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 357 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 357 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 357 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 357 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 357 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 357 baxış
Seçilmişlər
icon