Avropa ölkələri Macarıstansız Ukraynaya yardım qərarı qəbul edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqına üzv ölkələr Ukraynaya maliyyə vəsaitinin ayrılması ilə bağlı sazişin bağlanması üçün Macarıstanın səsvermə hüququndan məhrum edilməsi imkanını nəzərdən keçirir.
Bu barədə “Financial Times” avropalı diplomatlara istinadən məlumat yayıb.
Onların fikrincə, təşkilat bunun üçün Avropa İttifaqı haqqında müqavilənin 7-ci maddəsini tətbiq edə bilər. Bu, Avropa qanunvericiliyinin pozulması ilə bağlı ölkənin səsvermə hüququndan məhrum edilməsinə imkan verir.
Bu proses istənilən Aİ üzvü tərəfindən əngəllənə bilər, lakin qəzetin qeyd etdiyi kimi, Polşada keçirilən son seçkilərdən sonra Macarıstanın Avropa İttifaqında “etibarlı müdafiəçisi” qalmayıb. Buna baxmayaraq, birliyin bəzi üzvləri Budapeştə məhdudiyyətlər tətbiq etmək fikrindən ehtiyatlanırlar. Əvəzində onlar Ukraynaya vəsait ayrılması ilə bağlı fikrini dəyişməsi üçün Macarıstanın baş naziri Viktor Orbana ölkənin Aİ daxilində təcrid olunmasının “real dəyərini” nümayiş etdirmək niyyətindədirlər.
Qəzet yazır ki, bu taktika işə yaramasa, assosiasiyanın 26 ölkəsi Macarıstanın iştirakı olmadan Kiyevə yardım haqqında saziş bağlaya bilər, lakin bu, daha çox vaxt aparacaq və “yalnız müvəqqəti həll yolu olacaq”.
“Ola bilsin ki, Macarıstan bizə daha çox problem yaradacaq. Bizi başqa vasitələrdən istifadə etməyə məcbur edəcək. Amma sonda Macarıstan Ukraynanı vəsaitlə təmin etməyimizə mane ola bilməyəcək”, – deyə nəşrin həmsöhbətlərindən biri fikrini yekunlaşdırıb.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
