Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi üçün kritik prosesi başladır?
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya və Fransanın başçılığı altında Avropa ölkələri Moskva və Kiyev arasında sülh sazişinin həyata keçirilməsinə kömək etmək üçün Ukraynaya qoşun yeritmək planı üzərində işləyir.
“Associated Press” xəbər verir ki, hələ 2024-cü ilin dekabrında Böyük Britaniya, Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya və Polşa liderləri NATO-nun baş katibi Mark Ruttenin Brüsseldəki iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və planı müzakirə ediblər.
Bildirilir ki, Zelenski Rusiya ilə Ukrayna arasında sülh sazişinin həyata keçirilməsinə kömək etmək üçün Avropadan ən azı 100-150 min əsgər və havadan dəstək istəyib. Estoniyanın müdafiə naziri Hanno Pevkur 61-ci Təhlükəsizlik Konfransının keçirildiyi Münxendə “Associated Press”ə deyib: “Biz hələ çox erkən mərhələdəyik”.
H.Pevkur bildirib ki, davam edən müxtəlif müzakirələrə və şayiələrə baxmayaraq, avropalı müttəfiqlər üçün plan hazırlamazdan əvvəl Ukraynadakı təmas xəttinin necə formalaşacağını anlamaq vacibdir:
“Əgər danışıqların nəticəsi olaraq Rusiya və Ukrayna cəbhə xəttindəki qüvvələrinin sayını əhəmiyyətli dərəcədə azaltsalar, Avropa hərbçilərinə ehtiyac qalmayacaq. Münaqişənin davam etdiyi bir vaxtda Ukraynaya qoşun göndərmək risklidir”.
Fransa Prezidenti Emmanuel Makron ötəngünkü çıxışında Ukraynaya böyük bir hərbi qüvvənin yerləşdirilməsi ideyasının gündəmdə olmadığını deyib.
Böyük Britaniyanın Baş naziri Keir Starmer fevralın 13-də bildirib ki, sülh olarsa, Ukrayna üçün bir növ təhlükəsizlik zəmanəti verilməlidir. Böyük Britaniya sülh dövründə Ukraynanın təhlükəsizliyi ilə bağlı üzərinə düşəni edəcək.
ABŞ müdafiə naziri Pete Hegset Rusiya ilə Ukrayna arasındakı 1000 kilometrlik cəbhə xəttini nəzərdə tutaraq “təmas xəttinin güclü beynəlxalq nəzarət altında saxlanmasını” təklif edib.
#Avropa ölkələri teqi istifadə olunub
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Antonio Koşta Qara dənizdə gəmilərə endirilən zərbələri pisləyib
- ABŞ və Avropadakı etirazlar nə ilə fərqlənir? - 50 ştatda Trampa qarşı aksiyalar - Baku TV
- Sosial və iqtisadi problemlər Avropanın müxtəlif ölkələrində etirazları gücləndirir - Baku TV CANLI
