Avropa ölkələri Rusiyaya qarşı silahlanma yarışına girib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Hərbi Hava Qüvvələri NATO-nun şərq ərazisini qorumaq üçün Polşaya əlavə qırıcı təyyarələr və 150 hərbi qulluqçu göndərir.
Bu barədə "Welt" Almaniyanın Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, bir neçə "Eurofighter" təyyarəsi Nerfenix hava bazasından səmaya qalxıb və Polşanın Malborkdakı hərbi bazasına yola düşüb.
Almaniya bu təşəbbüsü oktyabrın ortalarında elan edib. Bundesver Polşaya təyyarələrlə yanaşı, pilotlar, texniki mütəxəssislər, logistika mütəxəssisləri, obyekt təhlükəsizlik işçiləri və hərbi polis də daxil olmaqla təxminən 150 hərbi qulluqçu göndərir.
Təyyarələrin ilkin olaraq 2026-cı il martın sonuna qədər davam edəcək yerləşdirilməsi NATO-nun hava məkanının Rusiya qırıcıları və dronları tərəfindən son pozuntularına cavabdır.
"Bu missiya ilə qoşunlarımız avqust ayından bəri Rumıniyada yerləşən sürətli reaksiya eskadrilyamızla birlikdə Alyansın şərq hissəsinin müdafiəsinə daha bir dəyərli töhfə verir", – deyə Almaniya Hərbi Hava Qüvvələrinin general-leytenantı Holqer Noymann deyib.
Avqust və sentyabrda Almaniyanın "Eurofighter" qırıcıları artıq Polşanın Malbork hərbi aerodromunda yerləşib. Dekabrın 1-də Niderland Polşanın şərqindəki Jeşuv şəhərində NATO-nun böyük logistika mərkəzinin mühafizəsini üzərinə götürüb və 300 hərbçi, bir neçə hava hücumundan müdafiə sistemi yerləşdirib.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
