Avropa ölkələri Ukrayna ilə bağlı qərar verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa ölkələrinin liderləri Ukraynaya əsaslı hərbi və maliyyə yardımını davam etdirməyə və diplomatik dəstək verməyə hazır olduqlarını bəyan ediblər.
İtaliya Nazirlər Şurasının məlumatına görə, bu barədə İtaliya, Fransa, Almaniya, Polşa, Böyük Britaniya, Finlandiya liderlərinin və Avropa Komissiyasının Prezidentinin birgə bəyanatında deyilir.
Bəyanatda ABŞ Prezidenti Donald Trampın münaqişənin dayandırılması, Ukrayna üçün ədalətli, davamlı sülh və təhlükəsizliyə nail olunması istiqamətində fəaliyyəti alqışlanıb.
Eyni zamanda aktiv diplomatiyanın vacibliyi vurğulanıb, diplomatik həll sayəsində Ukraynanın və Avropanın həyati təhlükəsizlik maraqlarının qorumasının vacibliyi qeyd olunub.
Avropa liderləri Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz öhdəliklərini vurğulayıblar. Bildirilib ki, sülh üçün ABŞ, Ukrayna dövləti və xalqı ilə sıx əməkdaşlıq davam etdiriləcək.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
