Pleyeri seçin:
Avropa Ukraynaya sülhməramlı qüvvələr yerləşdirəcək?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Kansleri Fridrix Mers Avropanın hazırda Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə müzakirələrdən uzaq olduğunu bildirib.
“Reuters“in yaydığı məlumata görə, o, bütün səylərin Rusiyanın qeyd-şərtsiz atəşkəsə razı salınmasına yönəldiyini vurğulayıb.
Mers qeyd edib ki, növbəti addım sülh danışıqlarının formatının və Ukraynaya hansı təhlükəsizlik təminatlarının lazım olacağının aydınlaşdırılması olmalıdır.
“Məqsədimiz Rusiyanı atəşkəsə razı salmaqdır”, – deyə Mers bildirib.
Qeyd edək ki, Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə mayın 16-sı Albaniyada keçirilən sammit çərçivəsində görüşüblər.
Kopyalandı
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
