Avropada panika yaradan hadisə | Soyuducuları kim və niyə isidir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Avropanın bir sıra ölkələrində supermarket şəbəkələrinin soyutma, dondurucu sistemlərində yenə də ciddi problemlər yarandı.
İsveç, Belçika və Lüksemburqda çoxsaylı mağazalarda temperaturun qəfil yüksəlməsi nəticəsində böyük həcmdə ərzaq məhsulları yararsız hala düşdü.
İsveç mediası, Stokholm da daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən supermarket şəbəkələrinin soyutma sistemlərinin kiberhücumlara məruz qaldığını açıqladı. Məlumata əsasən, hücum nəticəsində soyuducu və donduruculardakı temperatur süni şəkildə yüksəldilib.
Hadisənin bir neçə Avropa ölkəsində qeydə alınması supermarketlərin rəqəmsal idarəetmə və soyutma sistemlərinin kibertəhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Artıq həyəcan insanlar arasında da yayılıb. “The Telegraph” xəbər verir ki, Belçika, İsveç, İrlandiya, Lüksemburq və Estoniyada supermarketlərin hakerlərin hücumuna məruz qalmasından sonra Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi mümkün hücumların qarşısını almaq üçün pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq etdiyini açıqladı. Hökumət fövqəladə hallara hazırlıq məqsədilə vətəndaşlara ən azı üçgünlük ərzaq və zəruri ehtiyat saxlamağı tövsiyə edir.
#Avropa teqi istifadə olunub
- ABŞ Avropadan 5 min əsgər çıxarmağı planlaşdırır
- Media qurumları niyə hədəfə alındı? - Avropada panika yaradan hadisə - Baku TV CANLI
- Bomba həyəcanı hava limanlarını hərəkətə gətirib
- Sosial tələblər, yoxsa kənar təsir? | Avropanı bürüyən etirazlar dərinləşir - Baku TV
- Putindən sərt sözlər | Müharibə ehtimalı yenidən gündəmdə - Baku TV
