İsrail kruiz gəmisi Yunanıstan limanında yoxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanın Siroz adasının limanında İsrailə yola düşməyə hazırlaşan kruiz gəmisində bomba təhlükəsi ilə bağlı yoxlama aparılıb.
Naməlum şəxs gəminin gövdəsinə partlayıcı qurğu yerləşdirildiyini iddia edib.
Panama bayrağı altında üzən "Crown Iris" gəmisi 940 sərnişin və 597 ekipaj üzvü ilə Hayfa limanına yola düşməli idi. Təhlükəsizlik əməliyyatına sahil mühafizəsinin əməkdaşları, xüsusi təyinatlılar, partlayıcı maddələri aşkar edən it və dalğıc cəlb olunub. İlkin yoxlamalar zamanı gəmidə heç bir partlayıcı qurğu aşkarlanmayıb.
Qeyd edək ki, "Crown Iris" son iki ildə Yunanıstanın müxtəlif limanlarında Fələstin tərəfdarı fəalların etirazları ilə qarşılaşıb. 2025-ci ildə keçirilən aksiyalardan biri səbəbindən sərnişinlərin Siroz adasında gəmini tərk etməsinə icazə verilməyib. Bundan sonra gəmi Kiprə yola düşüb.
#Bomba həyəcanı teqi istifadə olunub
- İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi
- Media qurumları niyə hədəfə alındı? - Avropada panika yaradan hadisə - Baku TV CANLI
- Bomba həyəcanı hava limanlarını hərəkətə gətirib
- Ermənistan polisi ayağa qaldırıldı | Hava limanında təhlükəli anlar
- Hava limanı boşaldıldı | Danimarkada həyəcanlı anlar
