Pleyeri seçin:

Avropalılar Zelenskini Trampın yanına tək göndərmək istəmir

17 avqust 2025 367 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşə hazırlaşır.

Bu barədə dövlət başçısı özünün teleqram kanalında xəbər verib.

"Bazar ertəsi Prezident D.Trampla görüşə hazırlaşırıq. Dəvət üçün təşəkkür edirik. Bütün detalları aydınlaşdırmaq, hansı addımların lazım olduğunu və nəticə verəcəyini ümid etmək üçün hamının liderlər səviyyəsində söhbətə ehtiyac olması ilə razılaşması vacibdir", − deyə Ukrayna Prezidenti yazıb.

Görüş V.Zelenskinin fevralın sonunda D.Tramp və ABŞ vitse-prezidenti Cey Di Vens ilə Oval kabinetdə yaranan mübahisədən sonra Ağ Evə ilk səfəri olacaq.

Oxşar vəziyyətin təkrarlanmaması üçün Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron da Vaşinqtona gedə bilər. İtaliyanın Baş naziri Corciya Meloni isə planlaşdırılan bu görüş üçün ABŞ-yə gedib-getməmək barədə düşünür.

“Politico”nun yazdığına görə, avropalı siyasətçilər öz təmsilçiləri − Finlandiya Prezidenti Aleksandr Stubbu ABŞ Prezidenti Donald Trampla görüş üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Vaşinqtona göndərməyi planlaşdırırlar.

Nəşr qeyd edir ki, avropalılar D.Tramp və V.Zelenski arasında münasibətlərin hər hansı kəskinləşməsinin qarşısını almaq və ABŞ Prezidentini Avropanı gələcək danışıqlara cəlb etməyə inandırmaq üçün A.Stubba ümid edirlər.

Qəzetin yazdığına görə, D.Trampla yaxın münasibət quran NATO-nun Baş katibi Mark Rutte də V.Zelenski ilə eyni vaxtda Vaşinqtona səfər edə bilər.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 367 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 367 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 367 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 367 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 367 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 367 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 367 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 367 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 367 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 367 baxış
Seçilmişlər
icon