Avropanın bu addımı Makronu qısqandırdı | Fransa Aİ-yə “yox” deyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa hökuməti Avropa Komissiyasının ABŞ ilə gömrük tarifləri üzrə apardığı danışıqlarda “təslimçi mövqe” tutduğunu bildirərək Brüsseli kəskin tənqid edib.
Prezident Emmanuel Makronun komandası Vaşinqtonla müzakirələrdə Avropa Komissiyasının “yalvarışlar”ını qəbuledilməz sayıb.
Məlumata görə, Brüssel hazırda ABŞ-nin xidmət sektoruna qarşı tədbirlər paketi üzərində işləyir. Fransa isə Birliyə daha sərt və prinsipial strategiya təklif edərək danışıqlar masasında passiv qalmağın Avropanın maraqlarına zidd olduğunu bildirib.
Fransalı nazirlərin Almaniya və İtaliya rəsmiləri ilə görüşlər keçirərək ortaq mövqe formalaşdırmağa çalışacağı gözlənilir.
Fransanın bu davranışı 2 aspektdən önəmlidir. Birincisi, Makron hökuməti Avropada liderliyə iddialıdır və ABŞ-nin "köhnə qitə”dəki təsirini yox etməyi hədəfləyir. Brüsselin apardığı siyasət ABŞ ilə dil taparaq iqdisadi dividentlər əldə etməkdir.
Yenidən Ağ Evə qayıdan Donald Trampın Çinlə yaxınlaşmaq istəyən Avropanı gömrük rüsumları ilə təhdid etməsi birliyin onsuz da ağır vəziyyyətdə olan iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Parisin isə Brüsseldən istədiyi müstəqil iqtisadi gücün formalaşdırılmasıdır. Lakin Fransanın hazırda Avropa Birliyini tərk edəcəyi gözlənilən deyil. İlk növbədə bu, iqtisadi cəhətdən Parisə sərf etmir.
İkincisi isə Makron hökumətinin niyyəti ittifaqı tərk etmək yox, dominantlığı ələ almaqdır. Bu səbəbdən Makron Brüsselə qarşı tək hərəkət etməyəcək. Almaniya və İtaliya ilə aparılan danışıqlar Fransanın birlik daxilində yeni qrup yaratmaq istəyindən xəbər verir. Sadəcə, Almaniya ilə İtaliyanın ittifaqda Fransanın ağalığını qəbul etməsi inandırıcı deyil. Bu səbəbdən Brüsseldəki qarışıq ab-hava yaxın vaxtlarda aydınlığa çıxmayacaq.
#Avropa Komissiyası teqi istifadə olunub
