Pleyeri seçin:

Avropanın silah zavodlarında baş verən partlayışların arxasında kim dayanır? - Baku TV

25 avqust 2026 248 baxış

Rusiya Avropadakı silah istehsal edən müəssisələrə qarşı sabotaj hücumları təşkil edir.

Bu barədə “The Telegraph” Qərb kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Kreml NATO-nun qətiyyətini yoxlamaq məqsədilə müdafiə müəssisələrində təxribat törətmək üçün yerli cinayətkar qrupların üzvlərini cəlb edir. Kəşfiyyat əməkdaşlarının fikrincə, hücumlar NATO-nun qarşılıqlı müdafiəni nəzərdə tutan 5-ci maddəsinin işə düşməsinə səbəb olmayacaq şəkildə diqqətlə planlaşdırılır.

Bu həftə Latviyada üç vətəndaş qonşu Estoniyada pilotsuz uçuş aparatları istehsal edən müəssisənin yandırılmasında şübhəli bilinərək saxlanılıb.

Avqustun 15-də Ukraynaya silah tədarük edən Tallində yerləşən “Milrem Robotics” şirkətinin binasında yanğın törədilib. Şirkət Ukrayna Ordusu üçün pilotsuz yerüstü nəqliyyat vasitələri tədarük edən iki xarici istehsalçıdan biridir.

Bundan əlavə, yalnız bu ay İtaliya və Bolqarıstanda iri silah istehsalı müəssisələrində partlayışlar baş verib. İlin əvvəlində isə Ukrayna üçün dron və termal görüntü avadanlığı istehsal edən Çexiya zavodunda baş verən yanğın müəssisəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. Rusiya ilə əlaqəsi araşdırılan hadisə üzrə dörd şübhəli saxlanılıb.

Banner
"Mossad" rəhbəri ABŞ-də danışıqlar aparır

"Mossad" rəhbəri ABŞ-də danışıqlar aparır

Dünya
13 noyabr 2026 248 baxış
NATO ölkələrinin XİN başçıları Brüsseldə toplanır

NATO ölkələrinin XİN başçıları Brüsseldə toplanır

Dünya
13 noyabr 2026 248 baxış
İran tankerlərə xəbərdarlıq etdi: Növbəti hədəf kim olacaq? - ƏSAS XƏBƏR

İran tankerlərə xəbərdarlıq etdi: Növbəti hədəf kim olacaq? - ƏSAS XƏBƏR

Dünya
13 noyabr 2026 248 baxış
Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Dünya
13 noyabr 2026 248 baxış
İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

Dünya
13 noyabr 2026 248 baxış
Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Dünya
13 noyabr 2026 248 baxış
Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Dünya
13 noyabr 2026 248 baxış
Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Dünya
13 noyabr 2026 248 baxış
Okeanın dərinliklərində gizlənən sirr

Okeanın dərinliklərində gizlənən sirr

Dünya
13 noyabr 2026 248 baxış
İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

Dünya
13 noyabr 2026 248 baxış
Seçilmişlər
icon