Pleyeri seçin:

Avstriyanın keçmiş XİN rəhbəri Putinlə bağlı xatirələrindən danışdı

09 avqust 2023 273 baxış

Rusiya Prezidenti Vladimir Putinin toyunda rəqs etdiyi Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl artıq ölkəsini tərk edərək Rusiyada yaşamağa qərar verib.

Bu barədə sabiq nazir Karin Knaysl “Vidsboku”ya müsahibəsində deyib.

O bu günlərdə Rusiya Federasiyasında məskunlaşdığı Ryazan vilayətinin Petruşovo kəndində keçirilən şənlikdə iştirak edib.

2017-2019-cu illərdə Avstriya xarici işlər naziri vəzifəsində çalışan Karin Knaysl müsahibəsində deyib ki, üç il əvvəl Avstriyanı tərk etməyə məcbur oldu: “Fransada işləməyə icazə vermədilər, hətta bank hesabı açmaqdan belə imtina etdim. Qorxdum və Avropadan qaçmalı oldum. Məni heç yerə qəbul etmədilər. Ərəb dilini bildiyim üçün Livana getdim. Rusiyada qalmaq üçün mənə kömək lazım idi. Yaşayış yeri tapmaqda mənə kömək edə biləcək bir neçə insanla əlaqəm var idi. Onlar mənə rus dilini öyrənməyə kömək etdilər. Mən səkkiz dil bilirəm, amma rus dilini təəssüf ki, yenicə öyrənməyə başlayıram”, – sabiq nazir qeyd edib.

Rusiyaya köçdükdən sonra V.Putinlə görüşüb-görüşmədiyinə gəldikdə Karin Knaysl deyib ki, onu sonuncu dəfə 2019-cu ildə görüb.

“Bura gəlmək asan deyildi, amma yolumu tapmağa çalışıram. Mən buranı bəyənirəm. İşə başladım, öyrətməyə və öyrənməyə davam edirəm, kitablarımı yazıram, dil öyrənirəm. Köhnə həyatımı tərk etməli, hər şeyi yenidən başlamalı oldum və 60 yaşda bu, asan deyil”, – siyasətçi bildirib.

Ərdoğan BMT-ni Fələstinə qarşı haqsızlıqda qınadı

Ərdoğan BMT-ni Fələstinə qarşı haqsızlıqda qınadı

Dünya
22 sentyabr 2026 273 baxış
Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR

Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR

Dünya
22 sentyabr 2026 273 baxış
185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA

185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA

Dünya
22 sentyabr 2026 273 baxış
Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Dünya
22 sentyabr 2026 273 baxış
Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Dünya
22 sentyabr 2026 273 baxış
ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

Dünya
22 sentyabr 2026 273 baxış
Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Dünya
22 sentyabr 2026 273 baxış
Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Dünya
22 sentyabr 2026 273 baxış
Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 273 baxış
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 273 baxış
Seçilmişlər
icon