Pleyeri seçin:
Axtarışda olan PKK-çı zərərsizləşdirildi | Türkiyədəki əməliyyat nələri ortaya çıxardı?
Türkiyənin Mardin şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma olub.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də paylaşım edib.
O bildirib ki, Artuklu rayonunda keçirilən “Gürz-19” əməliyyatı çərçivəsində Ramazan Aktaş adlı PKK üzvü atışma nəticəsində öldürülüb. “Faraşin-Bedran” ləqəbli terrorçunun qırmızı bülletenlə axtarışda olduğu bildirilir.
Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif markalı avtomatlar, bel çantası, güllə və əl qumbarası, kustar üsulla hazırlanan bombalar və digər ləvazimatlar ələ keçirilib.
A.Yerlikaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM
- Türkiyə və Pakistan Ər-Riyadın əsas tərəfdaşına çevrilir? - Baku TV
- Türkiyə gələn il Aya göndərəcəyi ilk kosmik aparatla elmi tədqiqatlar aparacaq
- Husilərdən Türkiyə və Pakistana xəbərdarlıq
- Ankara-Vaşinqton xəttində yeni dövr | ABŞ Türkiyəni əsas tərəfdaşa çevirir? - Baku TV
