Pleyeri seçin:

"Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV

17 sentyabr 2026 249 baxış

Almaniyanın müdafiə naziri Boris Pistorius və ABŞ-nin müharibə naziri Pit Heqset Vaşinqtonda silah sistemlərinin hazırlanması, istehsalı, lisenziya əsasında istehsalı və texniki xidmətini əhatə edən niyyət sənədi imzalayıblar.

Sazişin məqsədi müdafiə sistemlərinin daha sürətli və daha geniş istehsalına, eləcə də etibarlı təchizat zəncirlərinin yaradılmasına imkan verməkdir.

B.Pistorius bildirib ki, Almaniyanın güclü sənaye bazası və yüksək texnoloji imkanları ABŞ-nin potensialı ilə daha sıx birləşdirilərsə, NATO-nu çəkindirmə və müdafiə üçün ehtiyac duyduğu sistemlərlə daha sürətli və daha böyük sayda təmin etmək mümkün olacaq.

ABŞ-nin müharibə katibi Pit Heqsetin sözlərinə görə isə əldə olunan razılaşmalar iki ölkə arasında hərbi-sənaye sahəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsinə imkan verəcək.

Onun sözlərinə görə, bu razılaşmalar ABŞ və Almaniyanın NATO üzrə müttəfiqlərinə silah tədarükünün sürətini və həcmini artırmağa imkan verəcək.

Bu məqamda ABŞ-nin NATO daxilində Almaniyanı xüsusilə hərbi cəhətdən gücləndirməsi diqqətdən qaçmır. Hətta Almaniyanın Avropada mümkün ola biləcək daha böyük müharibələr üçün hazırlandığı da iddia olunur.

Əslində, Pistorius-Heqset görüşü onların nəhəng hərbi-müdafiə razılaşmalarının məqsədi haqqında bir müddət əvvəl məlumat verilmişdi. Deməli, ABŞ rəqibi Rusiyaya qarşı Avropada, Uzaq Şərqdə müttəfiqlərini gücləndirməkdə davam edəcək.

Yeri gəlmişkən, Almaniya və ABŞ “F-35” qırıcılarının alınması və istehsalı, eləcə də “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin Almaniyada istehsalı üzrə əməkdaşlığı həyata keçirir.

Almaniya müdafiə naziri Boris Pistoriusun ABŞ-yə səfərinin sonuncu dayanacağı Texasın Fort-Uort şəhərində Almaniya üçün sifariş edilmiş ilk “F-35” qırıcısının təhvil verilməsi mərasimi olub. Almaniya ümumilikdə 35 belə təyyarə sifariş edib.

Daha sonra “Bild” qəzeti tərəflərin Almaniyanın ABŞ-dən “Tomahawk” qanadlı raketləri alması məsələsində prinsipial razılığa gəldiklərini də yazıb.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 249 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 249 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 249 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 249 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 249 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 249 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 249 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 249 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 249 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 249 baxış
Seçilmişlər
icon