Ayda quraşdırılan cihazda görün nələr üzə çıxdı | Yerin peyki gündə 2 dəfə…
Yeniliklərdən dərhal xəbərdar olun
Uzaqdan baxanda Ay tamamilə sakit və hərəkətsiz görünür. Çünki milyardlarla il əvvəl o, demək olar ki, bütün geoloji aktivliyini itirib. Amma alimlər təəccüblü bir fakt aşkarlayıblar. Deməli, Ay hələ də müntəzəm olaraq "əsir", özü də gündə iki dəfə.
Kaliforniya Texnologiya İnstitutunun araşdırmasında bildirilir ki, bu sirli hadisənin səbəbi Ayın səthində tapılıb.
"Apollo" missiyaları zamanı astronavtlar Ayda bir neçə zəlzələni ölçən cihaz quraşdırıblar. Uzun illər bu cihazlardan alınan məlumatlar köhnəlmiş hesab olunurdu. Lakin Kaliforniya Texnologiya İnstitutunun alimləri bu məlumatlara bu dəfə süni intellekt və müasir maşın öyrənməsi alqoritmlərinin köməyi ilə yenidən baxmaq qərarına gəliblər. Nəticə heyrətamiz olub: Ayda hər gün, eyni saatlarda kiçik titrəyişlər, yəni mikro əsmələr baş verir.
Araşdırmalar göstərdi ki, "Ayın zəngli saatı" Günəşin doğması və batması anlarında baş verir. Səbəbi isə çox sadədir: temperaturun sərt dəyişməsi.
Ayda atmosfer yoxdur, ona görə də temperatur birdən-birə dəyişir. Kəskin istilik fərqləri Ay səthindəki qayaların genişlənib-daralmasına səbəb olur, bu da mikroskopik titrəyişlərə yol açır. Baxmayaraq ki, bu titrəyişlər insanın hiss edə bilməyəcəyi qədər zəifdir, ancaq gələcəkdə Ayda qurulacaq bazalar və avadanlıqlar üçün təhlükə yarada bilər.
#Ay tədqiqatları teqi istifadə olunub
- ABŞ astronavtları Ayda uzunmüddətli missiyalara hazırlaşır, NASA daimi baza qurmaq niyyətindədir
- 2024-cü ildə baş verən kosmik toqquşmanın Ay səthində yaratdığı 222 metrlik çuxur müəyyən edilib
- Alimlər Ayda yadplanetli sivilizasiyaların izlərini axtarmağa hazırlaşır
- Yer mikroblarının Ayda ən azı bir həftə yaşaya biləcəyi bildirilir
- Ayın sirli dünyasını aydınladan 3 metr uzunluğunda yeni xəritə hazırlandı
