Pleyeri seçin:

Azərbaycanəsilli müğənni Ququş Trampdan nə istədi?

15 yanvar 2026 416 baxış

Azərbaycanəsilli iranlı müğənni Ququş ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktubda ondan verdiyi vədlərə əməl etməyi və İran hakimiyyətinin xalqa qarşı həyata keçirdiyi qırğınlar qarşısında dərhal və qətiyyətli addımlar atmağı xahiş edib.

O həmçinin Amerika liderindən İranın sonuncu şahının oğlu Rza Pəhləvi ilə əməkdaşlıq etməsini istəyib.

Müğənni məktubunda İranın daxili problemlərinə də toxunaraq qeyd edib ki, ölkənin çayları quruduğu, iqtisadiyyat çökdüyü bir vaxtda milyardlarla dollar raketlər, “Hizbullah” və digər xarici proksi qüvvələrə xərclənib, İran xalqı isə yoxsulluq, elektrik enerjisinin kəsilməsi, su qıtlığı, senzura, həbs və kütləvi miqrasiya ilə üz-üzə qalıb.

Məktubun sonunda o vurğulayıb ki, bu gün İranda müdafiəsiz qalmış insanlar bəşəriyyətə qarşı davam edən cinayətlər qarşısında ABŞ Prezidentindən kömək istəyirlər.

Ququş ümid etdiyini bildirib ki, Tramp son beş onillikdə tərəddüd etmədən İran xalqının yanında duran və iki xalq arasındakı tarixi münasibətlərin bərpasına kömək edən ilk ABŞ lideri olacaq.

Ququş məktubunu bu cümlə ilə tamamlayıb: “İranın azadlığı və onun cəsur gənclərinin qələbəsinə ümidlə”.

Kopyalandı
Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 416 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 416 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 416 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 416 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 416 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 416 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 416 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 416 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 416 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 416 baxış
Seçilmişlər
icon