Azərbaycanlı namizədin müsahibəsi maraqla qarşılandı
Yeniliklərdən dərhal xəbərdar olun
İran prezidentliyinə əsas namizəd, Güney azərbaycanlı Məsud Pezeşkianın sosial şəbəkələrdə yayılan müsahibəsi maraqla qarşılanıb.
Müsahibə bir müddət əvvəl alınsa da, seçkilər ərəfəsində gündəmə gəlib.
M.Pezeşkian jurnalistin “Siz türksünüz, yoxsa kürd?” sualına belə cavab verib:
“Mən Azərbaycanda, Məhabadda dünyaya gəlmişəm. Evdə uşaqlarıma əvvəldən fars dilində danışmağa icazə verməmişəm. Əvvəldən türk dilində danışmışıq. Qətiyyətlə demişəm, mən türkəm. Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm”.
Xatırladaq ki, İranda keçirilən prezident seçkilərinin birinci turuna Məsud Pezeşkian liderlik edib. Namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün iyulun 5-də ikinci tur baş tutacaq. Burada mühafizəkarlar qanadına mənsub Səid Cəlili və sabiq səhiyyə naziri Məsud Pezeşkian mübarizə aparacaq.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
