BƏƏ-nin Əl-Fuceyra bölgəsində vəziyyət kritik olaraq qalır
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 4-də Birləşmiş Ərəb Əmirliklərinin əsas bunker mərkəzi olan Əl-Fuceyradakı neft sənayesi zonasından güclü tüstü qalxdığı müşahidə edilib.
Bildirilir ki, ölkə İran münaqişəsinin kəskinləşməsi fonunda mübarizə aparmağa davam edir.
"Reuters" agentliyi xəbər verir ki, martın 3-də limanda baş verən yanğından sonra Əl-Fuceyra limanında gəmilərin yanacaqdoldurma sürəti yavaşlayıb, Sinqapur da daxil olmaqla digər yanacaqdoldurma mərkəzlərində tələbatın artacağı proqnozlaşdırılır.
ABŞ-İran münaqişəsi bölgədə yanacaq daşınmalarını pozub. Martın 2-dən bəri Əl-Fuceyrada qiymətlərin kəskin şəkildə artmasına və potensial olaraq tələbi Sinqapur da daxil olmaqla digər limanlara yönəltməsinə səbəb olub. İran və Oman arasında Hörmüz boğazından tranzit qlobal miqyasda istehlak edilən neftin təxminən beşdə birini, eləcə də çoxlu miqdarda mayeləşdirilmiş təbii qazı daşıyan gəmilərin vurulmasından sonra demək olar ki, dayandırılıb.
Qeyd edək ki, Əl-Fuceyra Birləşmiş Ərəb Əmirliklərinin şərq sahilində, Hörmüz boğazının girişinə yaxın yerdə yerləşir.
#Birləşmiş Ərəb Əmirlikləri teqi istifadə olunub
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
- Netanyahunun bir neçə saatlıq səfəri niyə diqqət çəkir?
- Netanyahu özəl təyyarə ilə Əbu-Dabiyə getdi: görüş niyə açıqlanmadı? - Baku TV
- Əvvəlcədən açıqlanmayan səfərdə BƏƏ Prezidenti ilə nə müzakirə olunub? - Baku TV CANLI
- Azərbaycan və BƏƏ arasında mühüm sənədlər imzalandı - Baku TV
