Bakıda ölüm təhlükəsi yaradan avtoxuliqan həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.
Daxili İşlər Nazirliyinindən verilən xəbərə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün KIA markalı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayıb. Heydər Əliyev prospektində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib.
Təhlükə yaradan sürücü Elşən Qanbayev saxlanılıb. Hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilən sürücünün narkotik vasitə qəbul etməsi də müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Elşən Qanbayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
#Avtoxuliqanlıq teqi istifadə olunub
- Sərnişinlər narkoman sürücünün əməlindən şikayətlənmək əvəzinə görün nə etdilər - Baku TV
- Saatlıda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanıldı - Baku TV
- Sükan arxasında etdiyi hərəkət sərxoş sürücüyə baha başa gəldi
- “Avtoş”luq edib yola pul səpdilər | Qubada toy karvanının təhlükəli “şou”su
- Bakıda “like” uğrunda avtoxuliqanlıq edən şəxs tutuldu
