Sükan arxasında etdiyi hərəkət sərxoş sürücüyə baha başa gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Astara Rayon Məhkəməsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirləndirilən sürücü barəsində inzibati işə baxılıb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olarkən “VAZ 2106” markalı avtomobilin sürücüsünə dönmə işıqlarından istifadə etmədiyinə görə “saxla” işarəsi veriblər. Lakin 25 yaşlı sürücü polisə məhəl qoymayaraq hərəkətini davam etdirib və sonradan da polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Araşdırma zamanı sürücünün spirtli içki qəbul etdiyi müəyyən edilib. O, məhkəmədə təqsirini etiraf edərək peşman olduğunu bildirib.
Məlum olub ki, sürücü idarə etdiyi maşını yaşadığı ünvana apardıqdan sonra polis şöbəsinə gələrək təslim olub.
Qərara əsasən, sürücü barəsində 8 sutka inzibati həbs cəzası seçilib.
#Astara teqi istifadə olunub
- Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV
- Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI
- "Çıxarışım var, amma torpağın özü yoxdur" | Vətəndaşa aid sahə hara "yoxa çıxdı"? - Baku TV
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
