"Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
Astaranın Qəcimarda kəndində su qıtlığı sitrus təsərrüfatına, xüsusilə də naringi bağlarına ciddi ziyan vurub.
Sakinlərin sözlərinə görə, yay aylarından bəri su çatışmazlığı səbəbindən ağacları lazımi səviyyədə suvara bilmirlər. Nəticədə, naringilər inkişafdan qalıb, xırdalaşıb, məhsuldarlıq isə kəskin azalıb.
“Suyun olmaması meyvəmizi bu günə salıb. Bax, bizim zəhmətimiz budur. İndi bunu nə 20, nə də 30 qəpiyə alan var. Keçən il bu vaxt məhsulumuzu artıq satıb qurtarmışdıq. İndi isə bazara çıxardığımız meyvəni alan yoxdur. Hamısı turşdur, özü də o qədər balacadır ki, fındıq ondan böyükdür”, – sakinlərdən biri deyib.
Digər sakin isə su çatışmazlığının yaratdığı çətinliklərdən danışıb:
“Naringi ağaclarını suvara bilmirik. Vəziyyətimiz çox pisdir. İçməli suyu pulla alırıq. Ona-buna yalvarmalıyıq ki, bizə su gətirsinlər”.
#Astara teqi istifadə olunub
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
- Astara çimərliyində itkin sayılan şəxs ertəsi gün təyyarə ilə xaricə gedib - Baku TV CANLI
- "Tapa bilmirik, 5 uşağı var..." | Dənizdəki qandonduran hadisənin detalları - Baku TV
