Baş nazirdən Polşa Prezidentinə sərt tənqid | Sərhədi keçdi!
Yeniliklərdən dərhal xəbərdar olun
“Polşa Prezidenti Andjey Duda Smolensk yaxınlığında təyyarə qəzasında həlak olan Polşa lideri Lex Kaçinskini İran Prezidenti İbrahim Rəisi ilə müqayisə edərək sərhədi keçib”.
Bunu Polşa Baş naziri Donald Tusk “TVN24” telekanalına müsahibəsində deyib.
“Başqa ölkənin prezidenti fəlakətin qurbanı olub, ona görə də Polşa Prezidentinin üzərinə müəyyən diplomatik öhdəliklər düşür. Mənə elə gəlir ki, Prezident başsağlığı verərkən lazımsız yerə sərhədi keçib.
Xüsusən də Lex Kaçinskini İran Prezidenti ilə müqayisə edərək. Bilmirəm, bəlkə də istəmədən belə edib. Amma bu, qəbuledilməzdir. Ola bilsin ki, Prezident emosional olub və ya tələsik davranıb”, – D.Tusk vurğulayıb.
Qeyd edək ki, daha öncə Duda “X” hesabında İran Prezidentinin helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığında yalnız bir neçə xalqın öz tarixində belə faciəli səhifələr olduğunu bildirib.
#Polşa teqi istifadə olunub
- Polşada ABŞ-nin hərbi bazası tikiləcək?
- Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı birgə təxliyə planı hazırlayır
