Baxmutdakı duruma aydınlıq gətirilib
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirməyib, Ukrayna qoşunlarının yaşayış məntəqəsindən kütləvi çəkilməsi baş vermir”.
Bunu Ukrayna “Şərq” qruplaşmasının nümayəndəsi Sergey Çerevatı deyib. “Baxmutdakı döyüşlər əsasən ətrafda aparılır, şəhərin özü isə Ukrayna müdafiə qüvvələrinin – Ukrayna Silahlı Qüvvələri, Sərhəd Xidmətinin və Milli Qvardiyanın nəzarəti altındadır”, - deyə o bildirib.
Onun sözlərinə görə, şəhərdən Ukrayna qoşunlarının kütləvi çıxarılması da yoxdur. Bəzi bölmələrin geri çəkilməsi ilə bağlı məlumatlara aydınlıq gətirən hərbçi qeyd edib ki, Ukrayna qoşunları Baxmutda mövqelərin nəzarətli, planlı rotasiyasını gerçəkləşdirir.
S.Çerevatı bildirib ki, şənbə gününə olan vəziyyətə görə döyüş əməliyyatları Baxmut ətrafında, şəhərin şimalındakı və qərbindəki kəndlərdə aparılıb. Qruplaşmanın nümayəndəsi sadəcə Baxmut yaxınlığında qarşı tərəfin müxtəlif artilleriya sistemi istifadə etməklə 21 dəfə atəşə tutduğunu, 9 döyüş toqquşmasının olduğunu diqqətə çatdırıb.
Ümumilikdə bu cəbhədə 131 atəşə tutulma və 38 döyüş toqquşması olub. 150-dən çox rusiyalı hərbi qulluqçu zərərsizləşdirilib, 239 nəfər yaralanıb, 3 nəfər isə əsir düşüb.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
