Bayden faciəvi hadisəyə görə səfərini təxirə saldı | Təcili qərar verildi ki...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Los-Anceles şəhərindəki meşə yanğınlarının miqyası daha da genişlənib.
Buna görə ərazidəki 130 min nəfərin təxliyəsinə başlanılıb. Təkcə “Hollywood” ərazisində 20 hektara yaxın yaşıllıq tamamilə məhv olub. Yanğının əhatə dairəsi ümumilikdə 6406 hektara çatıb.
Hadisə nəticəsində mindən çox tikili məhv olub, o cümlədən bir çox məşhurun villası yanğından zərər görüb. Alovu ram etməyə çalışan 5 yanğınsöndürən həlak olub.
Meşə yanğınları nəticəsində 1 milyon şəxs elektriksiz qalıb. Hadisə ilə əlaqədar Los-Anceles və ətraf ərazilərdəki məktəblərdə tədris qeyri-müəyyən müddətə dayandırılıb.
“Oskar” mükafatının təqdimetmə mərasiminin keçiriləcəyi məkan da yanğınların baş verdiyi ərazidə yerləşdiyindən tədbir təxirə salınıb.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Kaliforniyadakı yanğınlara görə İtaliyaya planlaşdırılan səfərini təxirə salıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
