Bayden müharibənin bitmə şərtini açıqladı: Mən falçı deyiləm, amma...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden jurnalistlərin İsrail-HƏMAS münaqişəsinin nə zaman sonlanacağına dair sualını cavablandırarkən qeyri-adi cavabı ilə gündəmə gəlib.
“Mən israillilərə, ölkənin baş nazirinə və onun hərbi kabinetinə açıq şəkildə bildirdim ki, bu münaqişənin yeganə həll yolu iki dövlətin birlikdə razılığa gəlməsidir. Elə bir yerə çatmalıyıq ki, biz birmənalı şəkildə tərəflərlə danışıqlar apara bilək. Amma müharibənin nə vaxt bitəcəyini deyə bilmərəm, mən falçı deyiləm”, – deyə o bildirib.
Ağ Ev lideri San-Fransiskoda çinli həmkarı Si Cinpinlə görüşün başa çatmasından sonra keçirilən mətbuat konfransında bir sıra məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Bayden HƏMAS-ın saxladığı girovları azad etmək üçün əlindən gələni edəcəyini bildirib.
HƏMAS-ın xəstəxana altında hərbi qərargah yerləşdirməklə cinayətlər törətdiyini deyən ABŞ Prezidenti eyni zamanda İsrailin məhdud sayda silahlı qüvvə ilə “Əl Şəfa”ya daxil olduğunu da açıqlayıb. Ağ Ev liderinin sözlərinə görə, İsrailin Qəzzanı ələ keçirməsi böyük səhv olacaq.
#İsrail-HƏMAS münaqişəsi teqi istifadə olunub
- Hakan Fidandan İsrail-HƏMAS danışıqları barədə açıqlama
- İsrail ordusunun hücumları davam edir | Qəzzaya zərbələr nəticəsində həyatını itirənlər var
- Netanyahu İsrail Ordusuna təcili tapşırıq verdi | Ölkələr Fələstin və İsraillə bağlı hansı addımı atacaq?
- HƏMAS-ın məşhur batalyonu məhv edildi
- Yaxın Şərqdə yeni sülh planı | Tramp Qəzzada nəyə çalışır?
