Baydendən Trampa görə təcili qərar | Ukrayna ilə bağlı addım aranı qarışdıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden Konqresə Ukraynaya hərbi dəstək üçün 24 milyard dollar vəsait ayrılması təklifini təqdim edib.
“New York Post” qəzetinin “Politico Pro”ya istinadən verdiyi məlumata görə, bu məbləğ yaxın gələcəkdə Donald Trampın Ukraynaya qarşı edəcəyi dəstək kəsintisinin qarşısını almaq məqsədi daşıyır.
Baydenin təklifi 2 əsas istiqaməti əhatə edir:
– 8 milyard dollar Ukraynaya Təhlükəsizlik Dəstəyi Təşəbbüsünə ayrılacaq. Bu vəsait ABŞ şirkətləri ilə bağlanacaq müqavilələr vasitəsilə Kiyevə silah təchizatını maliyyələşdirəcək.
– 16 milyard dollar ABŞ-nin öz silah ehtiyatlarının bərpasına sərf ediləcək. Bu, Ukraynaya göndərilən hərbi yardımlardan sonra ABŞ-nin öz ehtiyatlarını gücləndirmək məqsədilə planlaşdırılır.
Mənbələr bildirir ki, Bayden administrasiyası bu təklifi 2024-cü ildə ABŞ-də prezident seçkilərinin nəticələrinə görə dəyişə biləcək siyasətə qarşı təminat kimi irəli sürüb. Bayden Konqresin dəstəyini qazanaraq Ukrayna siyasətinin sabit qalmasını və ABŞ-nin müttəfiqləri qarşısında öhdəliklərini qorumağı hədəfləyir.
Təklifin Konqresdə ciddi müzakirələrə səbəb olacağı gözlənilir. Xüsusilə də Respublikaçılar Partiyasının bəzi üzvlərinin Ukraynaya ayrılan yardımları tənqid etdiyi nəzərə alınarsa, bu, siyasi mübahisələrin daha da alovlanmasına səbəb ola bilər.
ABŞ-nin Ukraynaya hərbi dəstəyi Qərb dünyasının Rusiyaya qarşı strategiyasının əsas tərkib hissəsi olaraq qalır. Lakin bu təklifin qəbul olunub-olunmayacağı yaxın günlərdə Konqresdəki debatlardan sonra məlum olacaq.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
