Baydenin Ukrayna səfərinin pərdəarxası
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya səfərinin müharibənin ildönümünə yaxınlaşan bir zamana təsadüf etməsi Vaşinqtonun Kiyevə birbaşa dəstəyinin təzahürüdür. ABŞ liderinin bu ölkəyə səfəri həm də son 15 ildə ilk dəfə baş verən bir hadisədir.
Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, səfərin dəmiryolu ilə edilməsi, maliyyə paketi və yeni silahların verilməsi bütün dünyaya mesaj idi.
Ancaq səfərin sürpriz şəkildə gözlənilmədən baş verməsi özü ilə birlikdə bir neçə sual da yaratdı. Çünki təhlükəsizliyinə xüsusi önəm verilən Ağ Ev liderinin döyüşlərin qızğın vaxtında Ukraynaya getməsi açıq-aydın cəsarət nümayişi idi.
Baydenin səfərinə Rusiyanın reaksiyası, ehtimal ki, birmənalı olmayacaq. Vladimir Putinin hansı addımı atacağı az-çox ekspertlərin təxminincədir.
T.Rzayev qeyd edib ki, istənilən halda iki ölkənin qarşı-qarşıya gəlməsi nüvə müharibəsi riskini artırır: “Ola bilsin, Putin yenə Qərbə səslənəcək ki, yardımları dayandırın. Əks halda nüvə silahı ilə dünyanı təhdid edəcək”.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
