Baydenin yolunu gedən Kamala Harris barədə bilinməyənlər | ABŞ-ni nə gözləyir?
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 21-də ABŞ-nin hazırkı lideri Cozef Bayden prezident seçkisində iştirak etməkdən imtina edib.
Koronavirusa yoluxan ölkə rəhbəri ətrafındakı şəxslərin də təzyiqi ilə geri çəkilib və vitse-prezident Kamala Harrisin namizədliyini müdafiə edib. Beləliklə də, sabiq Ağ Ev rəhbəri və prezidentliyə namizəd Donald Tramp vitse-prezident Kamala Harrislə mübarizə aparacaq.
Atası Yamayka, anası Hindistanəsilli olan Kamala Devi Harris 1964-cü ilin oktyabrın 20-də Kaliforniyanın Oklənd şəhərində anadan olub. 25 yaşında Kaliforniya Universitetinin Hüquq fakültəsindən məzun olduqdan sonra o, vəkil kimi fəaliyyətə başlayıb.
1990-2010-cu illərdə San-Fransisko prokuroru, daha sonra Kaliforniyanın Baş prokuroru vəzifələrində çalışıb. 2016-cı ildə isə Demokratlar Partiyasından senator seçilib. Ölkənin ilk qaradərili qadın senatoru olan K.Harris həm də ilk hindəsilli senator olub.
2020-ci ildə prezident seçkilərində uğur qazana bilmədiyi üçün geri çəkilən xanım K.Harris 2021-ci ildə vitse-prezident vəzifəsinə seçilib. Bununla da o, ABŞ-də seçilmiş ilk afroamerikalı vitse-prezident kimi tarixə düşüb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
