Pleyeri seçin:
Belarus Polşa helikopterini sərhədi pozmaqda ittiham edir
Belarus sərhədçiləri Polşaya məxsus hərbi helikopterin ölkənin Qrodno vilayətinin Berestoviç rayonunda hava məkanını pozduğunu iddia edirlər.
Bu barədə Belarusun Dövlət Sərhəd Komitəsindən bildirilib.
Qeyd olunub ki, Polşaya məxsus Mi-24 hərbi helikopteri son dərəcə aşağı hündürlükdə dövlət sərhədini keçərək Belarus ərazisinə 1200 metrə qədər dərinliyə uçub və sonra qayıdıb. Bununla bağlı Polşa tərəfinə xəbərdarlıq edilib.
Həmçinin Polşanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ondan “müvafiq izahatlar və insidentin hərtərəfli araşdırılması tələb olunub.
Komitənin “Telegram”da yaydığı videoda helikopterin kimə məxsus olduğu anlaşılmır.
Kopyalandı
#Belarus teqi istifadə olunub
- Ukrayna sərhədində fəallıq artır | Belarus hücuma hazırlaşır? - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
