Belarusda prezident seçkisi | Əhali seçki məntəqələrinə axın edir
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusda prezident seçkisi keçirilir. Bununla bağlı 5 300-dən çox seçki məntəqəsi işə başlayıb.
Bu barədə Respublika Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Komissiya qeyd edib ki, 6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq. Seçici siyahılarına daxil edilən seçicilərin yarıdan çoxu iştirak etdikdə seçkilər baş tutmuş sayılır.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yanvarın 21-dən 25-dək keçirilən erkən səsvermədə seçicilərin 41,81 faizi iştirak edib. Səsvermədə iştirak edən vətəndaşların yarıdan çoxu hansı namizədə səs versə, prezident seçilmiş sayılır. Kampaniyanı 44 000-dən çox yerli və 500 nəfərə yaxın beynəlxalq müşahidəçi izləyir.
Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.
#Belarus teqi istifadə olunub
- Ukrayna sərhədində fəallıq artır | Belarus hücuma hazırlaşır? - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
