Pleyeri seçin:

Belousov hər şeyi dəyişdirəcək? - Elxan Şıxəliyev Putinin qərarından danışdı

14 may 2024 571 baxış

“Müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən uzaqlaşdırılması gözlənilən idi. Lakin onun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi Şoyquya olan etimadın tam itmədiyini, əksinə ona güvənildiyini sübut etdi. O ki qaldı mülki şəxsin – Andrey Belousovun müdafiə naziri təyin olunmasına, belə praktika bir çox ölkədə müşahidə olunur”.

Bu sözləri hərbi ekspert Elxan Şıxəliyev Rusiya Müdafiə Nazirliyində baş verən kadr dəyişikliyinin ətrafında yaranan suallara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyində yeniliklərin tətbiqi zəruri idi və yeni nazirin iqtisadçı olması qarşıya qoyulan məqsədlərə çatmağa hesablanıb:

“Rusiya Prezidenti Müdafiə Nazirliyi adından bütün əməliyyatları, mümkün ola biləcək müharibə ssenarilərini Baş Qəragahla davam etdirmək qərarına gəlib. Valeri Gerasimov vəzifəsinin öhdəsindən gəldiyi üçün işinin başındadır. Müdafiə Nazirliyinin sırf hərbi əməliyyatlarını Baş Qərargah, iqtisadi və maliyə məsələlərini isə Belousov həyata keçirəcək. İndi müharibədə baş verənlər, Ukraynada əməliyyatlarda üstünlüyün Rusiya tərəfində olması Baş Qərərgahın vəzifələrini, hərbi-siyasi tapşırıqlarını yerinə yetirməsinin göstəricisi kimi qiymətləndirilib”.

Ekspertin sözlərinə görə, Belousovun iqtisadçı kimi təcrübəsi müdafiə sisteminin fərqli istiqamətdə qurulmasına səbəb ola bilər:

“Bu təyinat Rusiya Müdafiə Nazirliyinin sanksiyalar altında daha müqavimətli fəaliyyətinə hesablanıb. Belousov Rusiya iqtisadiyyatının bu gün ayaqda qalmasının səbəbkarlarından biridir. Hazırda Rusiya üçün ən mühüm məsələ ordunun təminatıdır. Yeni nazirin bu məsələlərdə təcrübəsi var”.

Çolpon-Atada böyük sövdələşmə: Paşinyan Rusiyadan güzəşt qopara biləcəkmi? - AKTUAL GÜNDƏM

Çolpon-Atada böyük sövdələşmə: Paşinyan Rusiyadan güzəşt qopara biləcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
06 avqust 2026 571 baxış
Ermənistan Aİİ-nin iqtisadi imtiyazlarını itirə bilər | İrəvanı nə gözləyir? - ANA XƏBƏR

Ermənistan Aİİ-nin iqtisadi imtiyazlarını itirə bilər | İrəvanı nə gözləyir? - ANA XƏBƏR

Dünya
06 avqust 2026 571 baxış
Ermənistanda böhran dərinləşir | Qaregin məhkəmə qarşısında - Baku TV CANLI

Ermənistanda böhran dərinləşir | Qaregin məhkəmə qarşısında - Baku TV CANLI

Dünya
06 avqust 2026 571 baxış
Moskvadakı dəhşətli partlayışla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

Moskvadakı dəhşətli partlayışla bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

Dünya
06 avqust 2026 571 baxış
"Suriya ssenarisi İranda təkrarlanacaqdı" | Pezeşkiandan sensasiyalı açıqlama - Baku TV CANLI

"Suriya ssenarisi İranda təkrarlanacaqdı" | Pezeşkiandan sensasiyalı açıqlama - Baku TV CANLI

Dünya
06 avqust 2026 571 baxış
Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV

Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV

Dünya
06 avqust 2026 571 baxış
49 milyondan çox insan aclıqla üzləşə bilər

49 milyondan çox insan aclıqla üzləşə bilər

Dünya
06 avqust 2026 571 baxış
ABŞ-dən İrana mesaj: Hörmüzdə hərəkət qaydaları necə dəyişir? - Baku TV CANLI

ABŞ-dən İrana mesaj: Hörmüzdə hərəkət qaydaları necə dəyişir? - Baku TV CANLI

Dünya
06 avqust 2026 571 baxış
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birini hədəfə aldı - Baku TV CANLI

Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birini hədəfə aldı - Baku TV CANLI

Dünya
06 avqust 2026 571 baxış
Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV

Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV

Dünya
06 avqust 2026 571 baxış
Seçilmişlər
icon