Belqorod atəş altında | Rusiya MN-dən hücumla bağlı təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri iyunun 24-dən 25-nə keçən gecə Rusiyanın bir neçə şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində Belqorodda iki mülki şəxs yaralanıb, yaşayış evləri yararsız hala düşüb.
Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə saatlarında Belqorod vilayəti ərazisində 29, Voronej vilayəti üzərində isə 1 PUA-nı məhv edib.
Ölkənin müdafiə nazirliyindən verilən xəbərə görə, səhər saatlarında Kursk vilayəti də atəşə tutulub, hadisə nəticəsində yerli sakinlər xəsarət alıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, Rusiyanın “Şimal” qruplaşmasının bölmələri Xarkov yaxınlığındakı mövqeləri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 2 ağır “Baba Yaqa” PUA-nı zərərsizləşdirib.
#PUA hücumu teqi istifadə olunub
- Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Rusiya liderini daşıyan bortlar Moskva səmasında dövrə vurub - 24 SAAT
- Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV
- Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI
