Belqorod vilayəti atəş altında | Qubernatordan təcili açıqlama
Rusiyanın Belqorod vilayətinin atəşə tutulmasından sonra yaralanan 74 nəfər vilayət və paytaxt Moskva xəstəxanalarına yerləşdirilib.
Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlama verib.
“Ümumilikdə yaralılardan 74-ü Moskva və Belqorod vilayətindəki xəstəxanalara yerləşdirilib, onlardan 20 nəfəri isə Moskva şəhərində reanimasiya şöbələrindədir. Hamısı təcrübəli həkimlərin nəzarəti altındadır”, – qubernator qeyd edib.
Qubernator həmçinin bildirib ki, yaşayış binası yaxınlığında mərminin partlaması nəticəsində bəzi mənzillərin şüşələri sınıb, 30-dan çox avtomobilə və xeyli sayda binaya ziyan dəyib.
Qeyd edək ki, Rusiya Belqorod vilayətinin Ukrayna qüvvələri tərəfindən atəşə tutulduğunu desə də, rəsmi Kiyev məlumatı təkzib edib.
#Rusiya teqi istifadə olunub
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
- Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI
