Dünya
Pleyeri seçin:
Belqoroda şiddətli hücum | Ölən və yaralananların sayı açıqlandı
Rusiyanın Belqorod vilayətinin Şebekino kəndi atəşə tutulub.
Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov “Telegram”da məlumat yayıb.
“Şebekinoda vəziyyət ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb”, – deyə o bildirib.
Qubernatorun sözlərinə görə, kənddə 8 çoxmənzilli evə, 18 fərdi evə və 15 avtomobilə ziyan dəyib. Yaşayış yerlərindən biri tamamilə məhv olub. Daha iki avtomobil isə yanıb.
Bundan əlavə, sözügedən regionun cənub hissəsi Ukrayna Ordusunun artilleriya zərbələri nəticəsində işıqsız qalıb. Buna hücumların elektrik ötürücülərini zədələməsi səbəb olub.
Kopyalandı
Seçilmişlər