Belqorodda Rusiya hərbi təyyarəsi vuruldu | Çox sayda ölənlər var
Rusiyanın "İl-76" hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində partladılıb. Ölkənin Müdafiə Nazirliyi təyyarənin vurulması faktını təsdiqləyib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında hadisənin araşdırılacağını deyib. Hava gəmisinin göyərtəsində olan sərnişinlərin hamısının öldüyü deyilir.
Rusiya mətbuatının məlumatına görə, təyyarənin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 heyət üzvü və onları müşayiət edən 3 şəxs olub.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hadisə yerinə gəlib. Məlumata görə, əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub. Hadisədən sonra Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib.
Vyaçeslav Qladkov əhaliyə çağırış edib: “Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan, pəncərəsiz otaqlarda sığınmaq lazımdır”.
Qubernator bayırda olan sakinlərə təhlükəsiz yerə keçməyi tövsiyə edib.
Hadisə ilə bağlı Ukrayna mətbuatı Silahlı Qüvvələrdəki mənbələrə istinadən bildirir ki, "İl-76" Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub. Tərəflər arasında əsirlərin mübadiləsi ilə bağlı hər hansı razılaşma olmayıb və vurulan təyyarədə "S-300" raketləri daşınırmış.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Ukrayna və Fransa liderləri pilotların təlimi barədə razılığa gəliblər
- Rusiyanın hücumları nəticəsində Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsi vurulub - Baku TV CANLI
- Cəbhədə qeydə alınan 204 toqquşma fonunda Pokrovsk istiqamətində nələr baş verir?
- Zelenskidən müharibə ilə bağlı açıqlama | Sürücülərə xəbərdarlıq - Baku TV CANLI
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
