Bəyannamə imzalandı | Ukraynaya sülhməramlılar göndəriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa, Böyük Britaniya və Türkiyə "istəklilər koalisiyası"nın sammitində ABŞ-nin mümkün logistik və kəşfiyyat dəstəyi ilə Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifini dəstəkləməyi nəzərdə tutur.
Bu barədə AFP agentliyi əldə etdiyi bəyannamə layihəsinə istinadən məlumat yayıb.
Layihəyə görə, Vaşinqton Rusiya tərəfindən hücum olduğu təqdirdə Avropa qüvvələrinə dəstək göstərəcək və atəşkəsə nəzarət edəcək.
"Kiyevin Avropa müttəfiqləri hesab edirlər ki, mümkün atəşkəsdən sonra Rusiyanın hücumu halında sülhməramlı kontingent Ukraynaya dəstək üçün ABŞ-nin öhdəliyindən faydalanacaq", – deyə məlumatda deyilib.
Bu qüvvələrin tərkibi 15 mindən 20 min əsgərə qədər, bəlkə də 30 min nəfər ola bilər. Əsas qüvvələr Fransa və Böyük Britaniya tərəfindən təmin ediləcək, Türkiyə isə Qara dənizdə təhlükəsizliyin təmin edilməsini öz üzərinə götürəcək. Qüvvələrin əksəriyyəti Ukraynanın qərbində yerləşdiriləcək.
Agentliyin məlumatına görə, Yelisey sarayında toplanan 30-a yaxın lider Rusiya ilə atəşkəs sazişi qüvvəyə mindikdən sonra aktivləşdiriləcək siyasi və hüquqi razılaşmalarla təmin edilən zəmanətləri Ukraynaya təqdim etməyə hazır olduqlarını bəyan edə bilərlər.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
