Pleyeri seçin:

Beynəlxalq Cinayət Məhkəməsi qərar verdi | Elə şeylər açıqlandı ki...

21 noyabr 2024 526 baxış

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu, ölkənin sabiq müdafiə naziri Yoav Qallant və HƏMAS rəsmilərinə qarşı həbs orderi çıxarıb.

Quplaşma üzvləri arasında Məhəmməd Deif, Yəhya Sinvar və İsmayıl Haniyənin adları da öz əksini tapıb. Onların hər biri Qəzza müharibəsi, 2023-cü ilin oktyabrında baş verən hücumlar və bəşəriyyətə qarşı cinayət əməllərinə görə ittiham olunurlar.

Qərar B.Netanyahunu beynəlxalq axtarışda olan şəxsə çevirdiyindən atəşkəs danışıqlarının aparılmasını çətinləşdirəcək. Lakin İsrail və onun əsas müttəfiqi ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmadığı, bundan əlavə, HƏMAS-ın bir neçə rəsmisi münaqişə zamanı öldürüldüyü üçün nəticələrin məhdudlaşacağı gözlənilir.

Qeyd edək ki, İsrailin Baş naziri məhkəmənin Baş prokuroru Kərim Xanın həbs tələbini rüsvayçı və antisemitizm halı hesab edib. ABŞ Prezidenti Cozef Bayden isə prokuroru tənqid edərək İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququnu dəstəklədiyini bildirib. HƏMAS hərbi qruplaşmasının rəsmiləri də bu addımı pisləyiblər.

Məlumat üçün bildirək ki, məhkəmənin qərarına baxmayaraq, şübhəlilərin hakim qarşısında cavab verməsi gözlənilmir. Bununla belə, həbs təhlükəsi B.Netanyahu və Y.Qallantın xaricə səyahətlərini çətinləşdirə bilər.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 526 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 526 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 526 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 526 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 526 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 526 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 526 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 526 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 526 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 526 baxış
Seçilmişlər
icon