Birjaların "tarif sevinci" uzun çəkmədi | Ticarət rüsumları barədə qalmaqallı məhkəmə
Yeniliklərdən dərhal xəbərdar olun
Federal Apellyasiya Məhkəməsi ABŞ Prezidenti Donald Trampın bir çox ticari rüsumlarına dair qərarına qoyulan bloku aradan qaldırıb.
Bu barədə məlumat “Reuters”də paylaşılıb.
Bildirilib ki, Ticarət Məhkəməsinin D.Trampın rüsumlarını bloklamasından bir gün sonra, yəni mayın 30-da məhdudiyyətlər aradan qaldırılıb.
Federal Dairədən bildirilib ki, məhkəmənin apellyasiya şikayətinə uyğun olaraq iddiaçılara iyunun 5-dək, Administrasiyaya isə iyunun 9-dək yekun cavab verəcəyi gözlənilir.
D.Tramp Administrasiyası və ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi bir aya yaxındır ki, ticarət rüsumları ilə bağlı anlaşılmazlığı aradan qaldırmağa çalışır.
Məhkəmə D.Trampı səlahiyyətlərindən sui-istifadədə ittiham edərək 185 ölkəyə tətbiq etdiyi rüsumların leqallığını ləğv etmək niyyətindədir.
Ağ Ev rəhbəri isə “Make a great America” deyərək əksər bölgələr və ölkələrdən gələn mallara rüsumların tətbiq edilməsində israrlıdır.
Qeyd edək ki, D.Trampın tarifləri mayın 29-da bloklananda “Wall Street” birjası bayram əhvali-ruhiyyəsində idi və artım müşahidə edilirdi. Bloklanmanın ləğv edilməsinin birjaya necə təsir edəcəyini isə zaman göstərəcək.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
