Biz avropalı tərəfdaşlarımıza arxayınıq | Zelenskidən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiyevə səfəri zamanı Ukrayna ilə Birləşmiş Krallıq arasında hərbi, iqtisadi və humanitar əməkdaşlığı gücləndirəcək 100 illik tərəfdaşlıq sazişi imzalanıb.
“Biz avropalı tərəfdaşlarımıza arxayınıq”, – deyə Zelenski birgə mətbuat konfransında bildirib.
Öz növbəsində, Kir Starmer müqaviləni tarixi adlandırıb və bunun Ukrayna-Britaniya əməkdaşlığını daha yüksək səviyyəyə çıxaracağını deyib.
“Saziş 14 maddədən ibarətdir. Bəyannamənin qüvvədə olduğu müddət ərzində heç bir tərəf hücum və ya təcavüz qarşısında tək qalmayacaq. Tərəflərdən birinə BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsipləri pozulmaqla hücum edilərsə, hər iki tərəf məsləhətləşəcək. 24 saat ərzində təcavüzə qarşı mübarizə və ya onun qarşısını almaq üçün lazımi tədbirləri müəyyən edəcək, zəruri hallarda müasir hərbi texnika ilə, habelə iqtisadi yardımla kömək göstəriləcək”, – deyə sənəddə qeyd edilir.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
