Biz İranla danışıqlar aparmaq istəmirik | Donald Tramp - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-nin artıq buna ehtiyacı olmadığını bildirib.
Bunu D.Tramp jurnalistlərə açıqlamasında deyib.
"Onlar danışıqlar aparmaq istəyirlər. Amma biz istəmirik", – deyə D.Tramp qeyd edib.
O həmçinin İranın cənubundakı qızlar məktəbinə edilən hücuma görə Tehranın məsuliyyət daşıdığını bildirib:
"Gördüklərimə əsasən əminəm ki, bunu İran edib".
Eyni zamanda ABŞ Prezidenti Administrasiyasının İrana quru qüvvələri göndərmək planının olmadığını, lakin bunun gələcəkdə baş verə biləcəyini bildirib.
Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri bu cür cavab verib:
"Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox".
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
